Dünya Bankı: Qarşıdakı 3 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru 4,6% artacaq

Dünya Bankı: Qarşıdakı 3 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru 4,6% artacaq
18:22 5 Aprel 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“2019-2021-ci illərdə Azərbaycanın kənd təsərrüfatı sektoru illik 4,6% inkişaf edəcək. Sənaye 2019-cu ildə 2,3%, 2020-ci ildə 2,4%, 2021-ci ildə isə 2,6% inkişaf edəcək”. 
“Report” bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatına əsasən xəbər verir.
Dünya Bankının ekspertləri hesab edir ki, qarşıdakı 3 ildə xidmət sektorunda daha böyük irəliləyiş hiss olunacaq:
“Xidmət sektoru 2019-cu ildə 5,1%, 2020-ci ildə 5%, 2021-ci ildə isə 5,2% inkişaf edəcək”.
Hesabata əsasən, birbaşa xarici investisiyaların həcmi 2019-cu ildə 2,2%, 2020-ci ildə 2,1%, 2021-ci ildə isə 1,9% artacaq.
Hesabatda 2019-cu ildə Azərbaycanda 2,8%-lik istehlakçı qiymətləri indeksinin (inflyasiya) qeydə alınacağı göstərilir: “Bu rəqəm 2020-ci ildə 3,2%, 2021-ci ildə isə 3,3% olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/birbasa-xarici-investisiyalarin-hecmi-2019-cu-ilde-2-2-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR