Ərdoğandan "S-400"-lərlə bağlı SON NÖQTƏ

Ərdoğandan "S-400"-lərlə bağlı SON NÖQTƏ
22:13 5 Aprel 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya istehsalı olan "S-400"-lərlə bağlı ödənişlərin əsas qismi icra edilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Ödəmələrimiz hələ də davam edir. İyul ayında təhvil-təslim başlayacaq. Beşinci nəsil "F-35"-lər də qısa vaxt ərzində bizə təhvil veriləcək. ABŞ-dan verilən bəyanatlar çox yanlış. Biz öncə ABŞ-a təklif etmişdik ki, "Patriot"larını satsınlar. Amma onlar Rusiyanın bizə təklif etdikləri şərtləri etmədilər. Çox fərqli şərtlər idi. "F-35"-lərə gəldikdə isə bir-ikisini təhvil almışıq. Bunlar hazırda Amerikadadır. Üçüncünü də təhvil verdilər. Yaxın vaxtlarda dördüncü qırıcını da verəcəklər. Pilotlarımız oradadır. Xarici işlər naziri Çavuşoğlu ABŞ-da NATO-nun toplantısına qatıldı. NATO baş katibi Stoltenberq üzv olkələrə sanksiya məsələsəindən danışdı. Bu doğru deyildi".

Ərdoğan qeyd edib ki, NATO üzv ölkələrin hansı dövlətdən hansı silahı almasına qarşmaq ixtiyarında olmadığını diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/274758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR