Hansı ölkələr daha çox nüvə silahına sahibdir?

Hansı ölkələr daha çox nüvə silahına sahibdir?
12:09 6 Aprel 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanı nüvə silahlarından təmizləmək üçün müxtəlif tədbirlər keçirilir, bu məsələdə razılaşma əldə etmək üçün əmək sərf olunur.
 
Amma buna baxmayaraq,  dünyada nüvə silahına qarşı mübarizə aparan  ölkələrin  özlərinin nə qədər nüvə silahına sahib olduğu diqqət çəkir. 
 
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının hazırda 6450 ədəd nüvə silahı var.
 
Bu siyahıda ikinci yer Rusiyaya məxsusdur. Ölkənin hazırda 4200 nüvə silahı mövcuddur.  
 
Avropa ölkələrindən Fransanın 300, İngiltərənin isə 215 nüvə silahı var.
 
Asiya ölkələri arasında ən çox nüvə silahına sahib ölkə olan Çinin 280 silahı var.
 
Hindistanın 130-140, Pakistanın 140-150, Şimali Koreyanın 10-20 arasında nüvə silahının olduğu ehtimal olunur.
 
Cənubi Koreyanı mətbuatında yer alan xəbərlərə görə isə  Şimali Koreyanın nüvə silahının sayı 60-a yaxındır.
 
Ötən ilin hesabatına görə İsrailin 80 nüvə silahı var.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR