Gürcüstanda kütləvi məzarlıq aşkar olunub

Gürcüstanda kütləvi məzarlıq aşkar olunub
12:52 6 Aprel 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində kütləvi məzarlıq aşkar olunub.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Batumi və Lazeti Yeparxiyası məlumat yayıb.
Məzarlıq 3 saylı hərbi bazanın yaxınlığında, hava limanının bir neçə kilometrliyində tapılıb. Həmin ərazini Gürcüstanın Müdafiə Nazirliyi Patriarxlığın müvəqqəti istifadəsinə verib.
Məzarlıqda, təxminən, 150 insanın dəfn olunduğu 4 qəbir yerləşir. Qəbirlərdə nizamsız və hörmətsiz basdırılmış qalıqların 1937-1938-ci illərdə bolşevik repressiyaları zamanı güllələnən insanlara aid olduğu ehtimal olunur. Ekspertlər qalıqların türk hərbçilərinə məxsus olduqlarını istisna etmirlər.
Məzarlıqda aşkar olunmuş insan qalıqları aprelin 21-də hərbi bazanın ərazisində yeni qəbirlərdə basdırılacaq.










Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-kutlevi-mezarliq-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR