Özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlandı
15:29 6 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 3 gün əvvəl özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb.
 
Bakı şəhər Prokurorluğundan ONA-ya verilən məlumata görə, faktla bağlı cinayət işi Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb, istintaq hərəkətləri davam etdirilir.
 
Qeyd edək ki, Bakının Səbail rayonunun 162 saylı orta məktəbinin VIII sinif şagirdi Yelena Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Yelena Hacıyeva bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
 
Məktəbdən isə şagirdin özünü atmadığı, yıxıldığı bildirilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR