Ağ Ev: ABŞ-Çin danışıqlarında irəliləyiş var

Ağ Ev: ABŞ-Çin danışıqlarında irəliləyiş var
17:27 6 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 3-5-də Vaşinqtonda keçirilən ABŞ-Çin danışıqlarının növbəti mərhələsində irəliləyiş əldə olunub.
“Report” “Komersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Administrasiyası məlumat yayıb. 
“ABŞ ilə Çin səmərəli görüşlər keçirərək bir sıra mühüm məsələlərə dair irəliləyişə nail olublar. İşlərin çox hissəsi hələ görülməlidir. Rəhbərlər, nazir müavinləri, nümayəndə heyətləri qalan məsələləri həll etmək üçün daim təmasda olacaqlar”, - Ağ Evin məlumatında bildirilib.
Xatırladaq ki, ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Çin Dövlət Şurası Sədrinin müavini Liu He arasında əqli mülkiyyət, texnologiyaların ötürülməsi, tarifsiz sədlər, kənd təsərrüfatı, xidmətlər, hüquq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu görüşdən sonra D.Tramp bir ay ərzində ticarət sazişi imzalaya biləcəklərini açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ag-ev-abs-cin-danisiqlarinda-irelileyis-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR