G7-dən Moskvaya NOTA

G7-dən Moskvaya NOTA
20:38 6 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“Böyük yeddilik” (G7) ölkələrinin Xarici İşlər Nazirliyinin başçıları Rusiyanı Ukrayna dənizçilərini azad etməyə çağırıblar.

Publika.az “RİA-Novosti” agentliyinə istinsadən xəbər verir ki, bu haqda xarici işlər nazirlərinin Fransada keçirilən görüşün yekun açıqlamasında deyilir.

Bundan başqa, nazirlərin bəyanatında Donbas münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının icrasının əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlar hələ də azad olunmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/274829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR