Peyğəmbərlərin ilk proqramı – Allaha pərəstiş edin və tağutdan uzaq olun

Peyğəmbərlərin ilk proqramı – Allaha pərəstiş edin və tağutdan uzaq olun
21:12 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Allah-Taala Qurani-Kərimin "Nəhl" surəsinin 36-cı ayəsində peyğəmbərlərin göndərilməsinin iki əsas fəlsəfəsi və hədəfindən söz açaraq belə buyurur:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

"Həqiqətən, Biz hər ümmət arasında bir peyğəmbər seçdik ki, (xalqa desin:) "Allaha pərəstiş edin və tağutdan uzaq olun." Xalqın bir dəstəsi Allah tərəfindən hidayət olunanlardır. Bəziləri isə azğınlığa layiqdir. Yer üzündə səfərə çıxın ki, təkzib edənlərin aqibətini necə olduğunu görəsiniz."

Milli.Az maide.az-a istinadən bildirir ki, "Umm" kökündən olan "ümmət" sözü ardıcıllıq mənasını bildirir. Hər hansı şəkildə birliyi olan topluma "ümmət" deyilir. Bu söz Quranda 64 dəfə işlədilmişdir.

"Tağut" "tüğyan" sözünün mübaliğəsidir. Quranda tüğyan və itaətsizlik səbəbi olan şeytan, bütlər, zülmkar və təkəbbürlü şəxslər tağut adlandırılmışdır. Bu söz həm tək, həm də cəmə münasibətdə işlədilir.

Allah bütün insanlar üçün hidayət vasitələri göndərmişdir. Kimi qəbul edib hidayət olunur, kimi inkar edib yolunu azır. Demək, hidayət Allahdan, azğınlıq isə bizdəndir. Bir misal çəkək: yer daim işıq saçan günəşin ətrafında dövr edir. Onun günəşə tərəf olan hissəsi işıqlanır, əks tərəfi qaranlıq qalır. Yer kürəsinin işığı günəşdən, qaranlığı isə özündəndir.

Hər halda, Allah ləyaqətini itirməmiş insanın azğınlığını Özünə aid etmir. Quranda buyurulur ki, Allah yalnız fasiqləri, həddi aşanları cəzalandırır.

Bildirişlər

1. Peyğəmbərlər bir irqə, bir məntəqəyə, bir qəbiləyə göndərilməmişlər.

2. Peyğəmbərlərin proqramlarında tövhidə dəvət və tağutdan uzaqlıq birinci pillədə dayanır.

3. Allahpərəstlik zalım hakimlərə tabeçiliklə bir araya sığmır.

4. İnsan ibadət və Allaha bağlılıqla zalımlara qarşı mübarizə gücü əldə edir.

5. Allah insana yol seçimində azadlıq vermişdir.

6. İnsanın seyr və səfəri ibrət üçün olmalıdır.

7. Tarixdə qanunauyğunluq var, cəmiyyətə hakim qanunlar sabitdir.

8. Quran bəşəriyyəti məqsədli səyahətə dəvət edir. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Nəhl" surəsi, 36-cı ayənin təfsiri.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR