Türkiyədə gənc bacısını öldürüb, valideynlərini ağır yaralayıb

Türkiyədə gənc bacısını öldürüb, valideynlərini ağır yaralayıb
10:17 7 Aprel 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə iraqlı gənc ailə üzvlərini bıçaqlayıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Niğdə şəhərinin Aşağıkayabaşı məhəlləsində baş verib. Məlumata görə, iraqlı ailədə hələlik məlum olmayan səbəbdən baş verən mübahisə sonda qanla bitib.
Belə ki, 29 yaşlı gənc Yəhya Məhəmməd Berzo, atası Məhəmməd Berzo, anası Fahriyə Qəmbər və bacısı Nur Məhəmməd Berzonu bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən bıçaq yarası alan Nur Məhəmməd Berzo hadisə yerində keçinib.
Bıçaq yarası alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda iraqlı gəncin anası, Fahriyə Qəmbərin vəziyyəti ağırdır. Artıq hadisəni törədən 29 yaşlı gənc polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-genc-bacisini-oldurub-valideynlerini-agir-yaraladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR