Bakıda daha bir tikinti şirkəti vətəndaşları aldadıb - VİDEO

Bakıda daha bir tikinti şirkəti vətəndaşları aldadıb - VİDEO
21:59 7 Aprel 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakinləri daha bir tikinti şirkətinin fırıldağı ilə üzləşiblər. On ilə yaxındır ki, yaşayış olan bina tam təhvil verilməyib. Bina sakinləri qaz üzünə həsrətdirlər. Liftləri də işləmir.
 
Söhbət Binəqədi rayonu Micəlal küçəsi 63a ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasından gedir. Bina sakinləri mavi yanacaq və lift sarıdan əziyyət çəkdiklərini deyirlər.
 
Sakinlərin sözlərinə görə, 10 ilə yaxındır ki, mənzillərinə köçsələr də, binanı tikən şirkət onlara verdiyi sözü tutmur. Binanın blokları təmirsiz, liftləri xarabdır. Bəzi bloklara liftlər isə ümumiyyətlə qoyulmayıb. Mavi yanacağı olmayan sakinlər nisbətən təhlükəli hesab olunan qaz balonlarından istifaəd edirlər.
 
Sakinlər dəfələrlə binanı tikən şirkətə müraciət etsələr də, problemləri həll edilməmiş qalır. Məsələ ilə bağlı binanı tikən şirkətin sahiblərindən biri olan Əliyev Mübarizlə əlaqə saxladıq. O, binanın yarımçıq qaldığını və bir sıra həll edilməmiş problemlərin olduğunu təsdiqlədi. Bildirdi ki, binada yarımçıq işlərin tamamlanmasına başlanıla bilər. Ancaq konkret nə zaman başlanılması barədə məlumat yoxdur.
 
Sakinlər aidiyyəti qurumların məsələyə qarışacağını və problemlərinin qısa zamanda həll ediləcəyinə ümid edirlər.
 
 
(xezerxeber)
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR