Inanılmaz FAKT! Sən demə onlar da cinsi əlaqəyə

Nəhayət bu sualın da cavabı verildi.

Delfinlər orqazmı ola bilərmi?

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, yeni bir araşdırmaya görə, dişi şüşə burunlu delfinlərin eynilə insanlar kimi cinsi zövq ala bilmələrinin mümkün olduğu ortaya çıxıb.

Elm adamları dişi delfinlərin seks orqanlarının quruluşunun orqazmı yaşayacaqları qədər insanlarla oxşar olduğunu kəşf ediblər.

Araşdırmaya görə toxumanın quruluşu, delfin klitorunun stimülasyona cavab olaraq genişləndiyini göstərir.

ABŞ-dakı Mount Holyoke Kollecində tədqiqat əməkdaşı olan Doktor Dara Orbach "insan və bonobolar kimi il boyu sürən digər məməli növlərində, cinsiyyətin qadınlar üçün zövqlü olduğu məlumdur. Adətən orqazmı yol açan klitoral stimülasyon yolu ilə" deyib.

Elm adamları bu durumun digər heyvanlara nə qədər oxşar olduğunu görmək üçün işlərinə davam edəcəklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR