"Mənə ayrılan zaman bitdiyi üçün yox olacam" - Millət Vəkili

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz millət vəkili Sevinc Fətəliyevadır.

***

- Niyə varsan?

- Bu dünyada öz missiyamı yerinə yetirmək üçün.

- Niyə yox olacaqsan?

- Mənə ayrılan zaman bitdiyi üçün.


- Niyə yazırsan?

- Fikir və düşüncələrimi sistemləşdirmək üçün.


- Yaşamaq nədir?

- Yaratmaq, düşünmək, sevmək.


- Ölüm nədir?

- Ruh və bədən arası əlaqənin sonu.

- Ədalət nədir?

- Attığın addımda, düşüncələrdə, hər bir vəziyyətdə həqiqətə əsaslanmaq.


- Azadlıq nədir?

- İmkanlar.

- Yaradıcılıq nədir?

- Yenilik yaradan mənəvi fəaliyyət prosesi.


- İnsan kimdir?

- Sivilizasiyanın əsas nailiyyəti/müasir dünyada ən qəddar məxluq.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı