Bakıda bu yollar bağlanacaq - XƏBƏRDARLIQ

Bakıda bu yollar bağlanacaq - XƏBƏRDARLIQ
14:14 9 Aprel 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq. 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR