"Təbiətdə heç nə yox olmur" - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyevdir.

***

- Niyə varsan?

- Ata-anamnım sayəsində...

- Niyə yox olacaqsan?

- Təbiətdə heç nə yox olmur, sadəcə bir formadan digərinə keçir.


- Niyə yazırsan?

- Kiməsə faydalı olmaq üçün.


- Yaşamaq nədir?

- A nöqtəsindən B nöqtəsinə F.İ.Ə ilə hərəkət.


- Ölüm nədir?

- Filmin sonu.

- Ədalət nədir?

- Özünə rəva bilmədiyini digərlərinə də eyni səviyyədə tətbiq etmək.

- Azadlıq nədir?

- Daxili sərbəstlik.

- Yaradıcılıq nədir?

- İstedadın düzgün alqoritmdə tətbiqi.


- İnsan kimdir?

- Vətəninə və ətrafına ziyanı dəyməyən insandır, faydalı olanı isə əsl insandır.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı