Pakistanın Kvett şəhərində törədilən terror aktı nəticəsində 16 nəfər ölüb, 30 nəfər yaralanıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, səhər saatlarında Kvettdə bazarda əldəqayırma partlayıcı qurğu partladılıb.

Hadisənin baş verdiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Partlayışım məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hadisənin səbəbi araşdırılır.