Türkiyənin Adıyaman şəhərinin Besni bölgəsində bir qadın həyat yoldaşını öldürüb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Dursun Y. adlı 66 yaşlı qadın daha sonra oğlunun evinə gedərək atası Şaban Y.nın yataqda qanla içində yatdığını söyləyib. Evə gələn oğul, atasının qulağının kəsildiyini görüb. Dərhal polis və həkimə xəbər verib.
Hadisə yerinə gələn tibbi yardım kişinin artıq öldüyünü təsbit edib.
Olay yerindəki polis hadisəni araşdırarkən kişinin həyat yoldaşını şübhəli kimi göz altına alıb.
Şübhəli kimi ifadə verən qadın yola getmədiklərini bəhanə gətirərək, onu yatarkən başına küt alətlə vuraraq öldürdüyünü etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Günay İlqarqızı / Metbuat.az