Konqo Demokratik Respublikasında keçən ilin iyul ayında başlayan ebola epidemiyasından son 4 gündə 43 nəfərin ölməsilə ölənlərin sayı 698 nəfərə çatıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Şimali Kivu əyalətində başlayan və İturi əyalətinə yayılan epidemiyada 1206 qızdırmalı və qanamalı insan qeydiyyata alınıb. Onlardan 1140-nın ebola virusu daşıdığı məlum olub.
2018-ci ildən bugünədək eboladan 698 nəfər ölüb, virus daşıyıcısı 358 nəfər sağalıb. Ebola mərkəzlərində 84 nəfərin müalicəsi hələ ki, davam edir.
Aysel Yaqubqızı / Metbuat.az
