Yuxuya gedərkən əziyyət çəkirsiniz, və ya yataqda çox tez-tez ayaqlarınızı tərpədirsiniz? Onda bu yazı tam sizin üçündür. Sosial şəbəkələrdə sürətlə yayılan bu ipucu sayəsində bütün bunlardan qurtulub, rahat yatacaqsınız.

Metbuat.az həmin ipucunu sizə təqdim edir. Hamımıza məlumdur ki, çoxumuz gecə yatarkən gec yuxuya getməkdən şikayət edirik. Kimimiz fikirdən, kimimiz rahat olmayan yatış formasından, kimimiz də küt ayaq ağrılarından yata bilmirik. Bu ayaq ağrıları sendromu çox adamda qısa zamanla olsa da, bəzilərimizin əsl kabusuna çevrilib.

Bəs bu küt ayaq ağrıları sendromu nədir?

Bu sendrom ayaqları hərəkət elətdirmək üşün lazım olan gücün itməsidi. Biz bu gücün itməsini ancaq uzandığımız zaman ayaqlarımızda bəzəndə qollarımızda hiss edirik. Ona görədə bu ağrılar bizim yuxu rejimimizədə mənfi təsir edir.

Bunun çarəsi nədir, bu bəladan necə qurtula bilərik?

Xeyli vaxtdı sosial şəbəkədə bir izləyici tərfindən bu ağrılara yaxşı gəldiyi iddia olunan paylaşım edilib. Onun iddiasına görə, hər gecə yatmazdan əvvəl yatağının altına qoyduğu sabun bu ağrılardan qurtulmağına kömək edib. Daha sonra bunu təcrübədən keçirən bəzi izləyicilər həmin şəxsin sözünü təsdiqləyib.

Bəs sabun necə təsir edə bilər, onu necə istifadə etməliyik?

Xatırladaq ki, küt ayaq ağrıları sendromu əzələlərimizin asitləşməsindən əmələ gəlir. Yatağımıza qoyduğumuz sabun isə bu asitləşmənin qarşısını alır. Ona görə də, yatmazdan əvvəl yatağımızın altına ayağınıza yaxın olacaq şəkildə sabun qoyun. Əgər bunun təsirinin uzun müddət olmağını istəyirsinizsə bu prosesi hər gün təkrarlayın.

Günay İlqarqızı / Metbuat.az