İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərilib, tutulanlar var

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərilib, tutulanlar var
10:27 13 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.
DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, aprelin 11-i saat 01:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan və­tən­daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar.
Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-randan-azerbaycana-kulli-miqdarda-narkotik-getiren-3-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR