Pakistanda 3 nəfər qum fırtınasında ölüb

Pakistanda 3 nəfər qum fırtınasında ölüb
12:42 15 Aprel 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın cənubundakı Kəraçi liman şəhərini cənginə alan güclü qum fırtınası nəticəsində 3 nəfər, o cümlədən 2 uşaq ölüb, 20 nəfər isə xəsarət alıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Kişi ağacın üzərinə düşməsi nəticəsində ölüb. Uşaqların ölümünə dair məlumat dəqiqləşdirilmir. Əlverişsiz hava şəraiti səbəbindən səkkiz balıqçı itkin düşüb, onların qayıqları Kəraçi sahillərində çevrilib.
Hava şəraitinin pis olması səbəbindən Karaçi şəhərində yerləşən beynəlxalq hava limanından bir neçə reys təxirə salınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-3-nefer-qum-firtinasi-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR