"Valideynlərim belə istəyiblər, Tanrı da razılıq verib" - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz tanınmış teleaparıcı Murad Həşimovdur.

***

- Niyə varsan?

- Valideynlərim belə istəyiblər. Tanrı da razılıq verib.

- Niyə yox olacaqsan?

- Bilmək olmaz. Hər gün yeni kəşflər olur. Bir də gördük ölümsüzlük mümkün oldu. Amma insanın arzuları bitdiyi anda yox olmağa məhkumdur.


- Niyə yazırsan?

- Unutmamaq üçün.


- Yaşamaq nədir?

- Sevdiyin insanlarla birlikdə olmaq fürsətidir.


- Ölüm nədir?

- Yaxın, əzizlərin öləndə ən dəhşətli əzab.. Özümdə isə hələ görməmişəm. Öləndə biləcəyəm.


- Ədalət nədir?

- Haqlının tərəfini tutmaq, haqsızı başa salmaq. Kimisə incitməmək.


- Azadlıq nədir?

- Qəfəsdən çıxıb, uçan quşun yaşadıqları.


- Yaradıcılıq nədir?

- Qabımızda olan.


- İnsan kimdir?

- "Kim" sualına cavab göstərilən yeganə canlı.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı