Beynəlxalq Muğam Mərkəzi növbəti konfransını Azərbaycanın milli musiqi aləti olan tara həsr edəcək.

Beynəlxalq Muğam Mərkəzi növbəti konfransını Azərbaycanın milli musiqi aləti olan tara həsr edəcək.
03:15 19 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

20 Aprel saat 14:00 –da Beynəlxalq Muğam Mərkəzində “Dəyirmi masa”layihəsi çərçivəsində “ Azərbaycan tarının ,tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ” –elmi-praktiki konfrans keçiriləcək.

Trend-in məlumatına görə, iştirakçılar:Xalq artisti, professor Murad Hüseynov,Xalq artisti,professor Səyavuş Kərimi,Milli konservatoriyanın prorektoru Lalə Hüseynova, Xalq artisti Möhlət Müslümov, Xalq artisti Ağasəlim Abdullayev və regionlardan dəvət olunmuş tar ustaları-Nəsib Quliyev, Vaqif Orucov, Ağamir Həsənov, Güləli Bayramov, İntiqam Abdulqədirov,Əbdüləli Fətəliyev,İxtiyar Seyidov,Zöhrab Mürsəlov,Səbuhi Abdullayev,Musa Yaqub,Vələdov Zahid,Aslan Məhərrəmov.

Məruzəçi Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin təkmilləşdirilməsi (elmi-tədqiqat ) labaratoriyasının rəhbəri Məmmədəli Məmmədov.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3048841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR