İlqar Məmmədov əsəbləşdi:"Ayıb deyilmi?"

Son günlər Azərbaycan siyasi səhnəsində müxalifətçilərin bir-biri ilə sərt ittihamlar tonundakı davası böyük qalmaqalları da özü ilə gətirir.

Metbuat.az xəbər verir ki, cəmi bir neçə ay öncə "mitinq" tribunasında AXCP sədri Əli Kərimli və İlqar Məmmədov guya "yan-yana" idi.

İndi isə sosial mediada cəbhəçilərin və realçıların bir-birinə qarşı ağır ittihamları və dartışması böyüyür.

Hətta REAL-ın fəaliyyətini Milli Şura adlı qurumun sədri Cəmil Həsənli də sual altına alıb.

Mili Şura üzvü Seyran Rəfiyev REAL partiyasını "Sonanın uşaqları" bənzətməsi ilə ələ salıb. O, Milli Şuranın 2014-cü ildə Avrointeqrasiya ilə bağlı yaydığı bəyanatı bu şərhlə paylaşıb: "Milli Şura Avrointeqrasiyadan danışanda heç "Sonanın uşaqları" bilmirdi, Avrointeqrasiya nədir..."

REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli isə "Yeni Müsavat"dakı canlı yayımda son günlər AXCP və Milli Şuranın İlqar Məmmədovu və onları hədəfə almağına çox sərt münasibət göstərib. O, REAL-dan başqa digər müxalif partiyaların ideologiyalar deyil, şəxslər ətrafında cəmləşdiyini vurğulayıb. Həmçinin son dövrlər onlar əleyhinə aparılan kampaniyanı da çox ucuz adlandıraraq, mitinqi siyasi vasitə hesab edən Əli Kərimli kimilərə sətiraltı mesaj verib.



Əli Kərimliyə yaxın adamların REAL və İlqar Məmmədova qarşı apardığı kampaniya isə müxtəlif sosial şəbəkə statusları ilə davam edib. Bu, çoxdanın siyasi manevr qaydasıdır. Milli Şura REAL-ın müxalifət sıralarında onunla rəqabət aparmağını həzm etmir. Onsuz da REAL-ın da bunlar kimi kütləvi sosial dayağı yoxdur. Amma bunu belə qəbullanmırlar.

Son olaraq İlqar Məmmədov tədbirlərin birində cəbhəçilərə və onlara qarşı kampaniya aparan AXCP-yə yaxın insanlara səslənib.

REAL Partiyasının sədri AXCP üzvləri tərəfindən ona və partiyasına qarşı başlanan mənəvi hücumlara belə cavab verib.

Bəs ona sual vermirlərmi ki, 19 yanvarda Milli Şuranın mitinqində nə işin vardı?

Bax bunu da soruşmaq lazımdır.

Bitmiş müxalifətin davası insanların da qıcığına və gülüşünə səbəb olur!

Azərbaycanda hazırkı iqtidara alternativ yoxdur, bu baş verənlər də bunun növbəti əyani göstəricilərindən biridir.


Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR