Bakıda bədii gimnastika üzrə AGF Junior Trophy beynəlxalq turnirinin final yarışları davam edir -

Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin final yarışları davam edir.

Metbuat.az Trend-ə istinadən bildirir ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Yarışlardan fotoreportajı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR