İki boksçumuz Gürcüstanda

Boks üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə David Kvaçadzenin şərəfinə təşkil olunmuş beynəlxalq turnirdə 2 medal qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə iştirak edən yığmanın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Digər boksçu Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, milli yarışa 5 boksçu ilə qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR