"Oskar" qalibləri məlum olacaq

"Oskar" qalibləri məlum olacaq
10:41 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün kinemotoqrafların ən nüfuzlu "Oskar" mükafatının 2014-cü il üçün nominantları məlum olacaq.

ANS PRESS-in məlumatına görə, tədbir yerli vaxtla 05.30 Bakı vaxtı ilə 17.30-da Los-Ancelesdə Beverli Hilzin Semuel Qolduin teatrında keçiriləcək.

Mərasimin sübh vaxtına salınması qərarı Los-Ancelesdən gələn xəbərlərin dünyanın bütün əsas kütləvi informasiya vasitələrinə çatması üçün verilib.

Qızıl cəngavərlərin namizədlərinin elan edilməsi 2 mərhələdən ibarət olacaq. Burada rejissor Cey Cey Abrams və Alfonso Kuaron aralarında “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi” və “Ən yaxşı vizual effektlər” də olan 11 kateqoriya üzrə nominantları elan edəcəklər.

Bundan sonra aktyor Kris Payn və Akademiyanın prezidenti Şarl Bun Ayzeks içərisində “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Əcnəbi dildə ən yaxşı film” olan digər 13 kateqoriyada adların siyahısını elan edəcəklər. Bundan əlavə bütün aktyor kateqoriyalarına aid olan namizədlər də səslənəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR