SOCAR Azərbaycan Qran Prisi - “Formula 1”də yeni eranın başlanğıcı

SOCAR Azərbaycan Qran Prisi - “Formula 1”də yeni eranın başlanğıcı
07:37 26 Aprel 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi start götürəcək.
“Report” xəbər verir ki, sayca dördüncü dəfə təşkil olunacaq yarış 26 – 28 apreli əhatə edəcək və “Formula 1”in tarixinə 1001-ci mərhələ kimi düşəcək. Bu isə yeni eranın başlanğıcı deməkdir. Artıq dünən azarkeş zonalarının və trekin qapıları açılıb. Dörd günlük bilet sahiblərinin Pit Leyn gəzintisinə çıxıblar...
Bakıda baş tutan əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının pilotları rəqiblərini qabaqlayıblar. Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub. Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamıdan tez keçib.


Təqvim
Tarix Qran-pri Tras Uzunluq Dövrə Məsafə Qalib Komanda 17/03 Avstraliya Albert-Park 5303 m 58 307,574 V.Bottas Mercedes 31/03 Bəhreyn Saxir 5412 m 57 308,238 L.Hemilton Mercedes 14/04 Çin Şanxay 5451 m 56 305,066 L.Hemilton Mercedes 28/04 Azərbaycan Bakı 6003 m 51 306,049 - - 12/05 İspaniya Barselona 4655 m 66 307,104 - - 26/05 Monako Monte-Karlo 3337 m 78 260,286 - - 09/06 Kanada Monreal 4361 m 70 305,270 - - 23/06 Fransa Pol Rikar 5842 m 53 309,690 - - 30/06 Avstriya Şpilberq 4318 m 71 306,452 - - 14/07 Böyük Britaniya Silverstoun 5891 m 52 306,198 - - 28/07 Almaniya Hokkenhaym 4574 m 67 306,458 - - 04/08 Macarıstan Hunqarorinq 4381 m 70 306,630 - - 01/09 Belçika Spa 7004 m 44 308,052 - - 08/09 İtaliya Montsa 5793 m 53 306,720 - - 22/09 Sinqapur Marina-Bey 5063 m 61 308,706 - - 29/09 Rusiya Soçi 5848 m 53 309,745 - - 13/10 Yaponiya Suzuka 5807 m 53 307,741 - - 27/10 Meksika Mexiko 4304 m 71 305,354 - - 03/11 ABŞ Ostin 5513 m 56 308,896 - - 17/11 Braziliya San-Paulu 4309 m 71 305,939 - - 01/12 Abu-Dabi Yas-Marina 5554 m 55 305,355 - -
Yeni mövsümün ilk üç mərhələsində Almaniyanın “Mercedes” komandasının pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.


Pilotların sıralaması
1. Lüis Hemilton (Böyük Britaniya) Mercedes 68 18 25 25 2. Valtteri Bottas (Finlandiya) Mercedes 62 26 18 18 3. Maks Ferstappen (Hollandiya) Red Bull 39 15 12 12 4. Sebastyan Fettel (Almaniya) Ferrari 37 12 10 15 5. Şarl Lekler (Fransa) Ferrari 36 10 16 10 6. Pyer Qasli (Fransa) Red Bull 13 0 4 9 7. Кimi Rakkonen (Finlandiya) Alfa Romeo 12 4 6 2 8. Lando Norris (Böyük Britaniya) McLaren 8 0 8 0 9. Kevin Maqnussen (Danimarka) Haas 8 8 0 0 10. Niko Hülkenberq (Almaniya) Renault 6 6 0 DNF 11. Daniel Rikkardo (Avstraliya) Renault 6 DNF 0 6 12. Serxio Peres (Meksika) Racing Point 5 0 1 4 13. Aleksandr Albon (Tailand) Toro Rosso 3 0 2 1 14. Lens Stroll (Kanada) Racing Point 2 2 0 0 15. Daniil Kvyat (Rusiya) Toro Rosso 1 1 0 DNF 16. Antonio Covinatsi (İtaliya) Alfa Romeo 0 0 0 0 17. Corc Rassell (Böyük Britaniya) Williams 0 0 0 0 18. Robert Kubitsa (Polşa) Williams 0 0 0 0 19. Karlos Sayns (İspaniya) McLaren 0 DNF 0 0 20. Romen Qrojan (Fransa) Haas 0 DNF DNF 0
Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Ən tez dövrə vuran və yarışı “10-luq”da tamamlayan sürücü üçün isə əlavə 1 xal nəzərdə tutulub. DNF – finişə çata bilməyib.


Konstruktorlar kuboku
1. Mercedes (Almaniya) 130 44 43 43 2. Ferrari (İtaliya) 73 22 26 25 3. Red Bull (Avstriya) 52 15 16 21 4. Renault (Fransa) 12 6 0 6 5. Alfa Romeo (İsveçrə) 12 4 6 2 6. Haas (ABŞ) 8 8 0 0 7. McLaren (Böyük Britaniya) 8 0 8 0 8. Racing Point (Böyük Britaniya) 7 2 1 4 9. Toro Rosso (İtaliya) 4 1 2 1 10. Williams (Böyük Britaniya) 0 0 0 0
Yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Komandanın sürücüsü ən tez dövrə vursa və yarışı “10-luq”da tamamlasa, əlavə 1 xal yazılır.
“Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində Bakıda “Formula 2” yarışları da baş tutacaq. Bundan başqa, pilotların avqoqraf sessiyaları, məşhur müğənnilər Cessi Cey və Cardi B-nin konsert proqramları olacaq. Birinci səhhətinə görə Azərbaycana gələ bilməyən Sem Smiti əvəzləyib. Əyləncə gecələrində tanınmış DJ-lər də çıxış edəcək. “Elektra Events Hall”da 4 əcnəbi DJ məharətini nümayiş etdirəcək. Aprelin 26-da türkiyəli Mahmut Orhanla ukraynalı Ciqan, 27-də almaniyalı Robin Şults, ertəsi isə belçikalı Lost Frequencies səhnədə olacaq.




SOCAR Azərbaycan Qran-prisinin proqramı
26 aprel
11:00 - 11:45. “Formula 2”. Sərbəst yürüş
11:10 - 11:30. Avtoqraf sessiyası: Maks Ferstappen və Pyer Qasli (“Red Bull”)
11:30 - 11:50. Avtoqraf sessiyası: Sebastyan Fettel və Şarl Lekler (“Ferrari”)
11:50 - 12:10. Avtoqraf sessiyası: Daniel Rikkardo və Niko Hülkenberq (“Renault”)
13:00 - 14:30. “Formula 1”. Birinci sərbəst yürüş
15:00 - 15:30. “Formula 2”. Sıralama yarışı
17:00 - 18:30. “Formula 1”. İkinci sərbəst yürüş


27 aprel
10:20 - 10:50. “Formula 2”. Pilotların paradı
11:20 - 11:40. Avtoqraf sessiyası: Serxio Peres və Lens Stroll ("Racing Point")
12:00 - 13:05. “Formula 2”. Birinci yarış
12:00 - 12:20. Avtoqraf sessiyası: Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")
12:20 - 12:40. Avtoqraf sessiyası: Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")
14:00-15:00. “Formula 1”. Üçüncü sərbəst yürüş
17:00-18:00. “Formula 1”. Sıralama turu
21:00. Cessi Ceyin konserti


28 aprel
11:20 - 11:40. Avtoqraf sessiyası: Corc Rassel və Robert Kubitsa ("Williams")
11:40 - 12:00. Avtoqraf sessiyası: Karlos Sayns və Landro Norris ("McLaren")
12:00 - 12:20. Avtoqraf sessiyası: Romen Qrojan və Kevin Maqnussen ("Haas")
12:20 - 12:40. Avtoqraf sessiyası: Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")
13:10 - 14:00. “Formula 2” - İkinci yarış
14:30 - 15:00. Açılış mərasimi və pilotların paradı
15:54 - 15:56. Dövlət Himni mərasimi
16:10 - 18:10. “Formula 1” SOCAR Azərbaycan Qran-prisi
18:10. Podium mərasimi
22:00. Kardi B-nin konserti

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/socar-azerbaycan-qran-prisi-formula-1-de-yeni-eranin-baslangici-afi-sa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR