Alış-veriş üçün araba avtomatik tormozlama sistemi ilə təchiz edilib

Alış-veriş üçün araba avtomatik tormozlama sistemi ilə təchiz edilib
15:35 26 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Ford" şirkəti supermarket üçün avtomatik tormozlama sistemi ilə təchiz olunan arabanın prototipini təqdim edib. Araba uşaqlarla alış-verişi daha təhlükəsiz etməyə imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, şirkətin mütəxəssisləri tərəfindən yaradılan prototipə avtomobilin idarə olunması zamanı toqquşmaların qarşısını almağa kömək edən "Pre-Collision Assist" sisteminin analoqu quraşdırılıb. Radar və kameralardan daxil olan məlumatları analiz edən sistem yolda nəqliyyat vasitələrini, piyada və velosipedçiləri tanıyaraq xəbərdaredici siqnallar verir, sürücü buna reaksiya verməyəndə isə avtomatik tormozlamanı işə salır.

Araba da hərəkət zamanı məkanı skan edən ötürücü ilə təchiz edilib. İnsan və əşyaları identifikasiya edən sistem toqquşma təhlükəsi aşkarlayan zaman avtomatik dayanır.

Nizam Nuriyev





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60405-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR