İstanbulda ŞOK HADİSƏ: BƏƏ casusu qaldığı həbsxanada...

İstanbulda ŞOK HADİSƏ: BƏƏ casusu qaldığı həbsxanada...
11:33 29 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

10 gün öncə İstanbulda Milli Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan iki casusdan biri intihar edib.

Publika.az xəbər verir ki, Z.H. adlı casus özünü saxlandığı Silivri həbsxanasında asıb.

Tibbi müdaxiləyə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, casusların Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsi məsələsi ilə bağlı kəşfiyyat araşdırması üçün Türkiyəyə göndərildiyi bildirilir.

Sözügedən cinayət hadisəsi ötən ilin oktyabrında baş vermişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/277091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR