Göygöldə ağır yol qəzası olub, 4 nəfər ölüb

Göygöldə ağır yol qəzası olub, 4 nəfər ölüb
12:57 29 Aprel 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda ağır yol qəzası baş verib. 
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində olub, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 
Qəzada xəsarət alanların olduğu da bildirilir. 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygolde-agir-yol-qezasi-olub-olenler-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR