Mal-qara oğruları tutuldu

Mal-qara oğruları tutuldu
13:29 29 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Saatlı rayonunda mal-qara oğruları tutulublar.
 
Belə ki, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon sakini Ş.Məmmədova məxsus yardımçı təsərrüfatdan 1 baş inək və 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Saatlı şəhər sakinləri K.Zeynalov, S.İbrahimov və əvvəllər məhkum olunmuşlar E.Əliyev və R.Şıxalıyev saxlanılıblar.
 
Daxili İşlər Nazirliyinin mətbuat ximətindən Lent.az-a verilən məlumata görə, K.Zeynalovun, S.İbrahimovun və R.Şıxalıyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Sabirabad rayonu ərazisində bir həyətyanı sahədən su mühərriki, habelə M.Cəfərova məxsus 7 baş qoyunu oğurlamaları da müəyyən edilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR