Bakıda “İpək Yolu gənclərin gözü ilə” adlı sərgi keçirilir - FOTO

Bakıda “İpək Yolu gənclərin gözü ilə” adlı sərgi keçirilir - FOTO
12:18 2 May 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 2 may tarixində Bakı Konqress Mərkəzi “İpək Yolu gənclərin gözü ilə” adlı sərginin açılışına ev sahibliyi etdi.

Publika.az xəbər verir ki, YUNESKO-nun təşkilatçılığı ilə baş tutan sərgidə YUNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Azərbaycanın tarixi İpək Yolunun ürəyi olduğunu və sərginin Bakıda keçirilməsindən məmnunluğunu bildirdi.

Daha sonra çıxış edən müsabiqənin fəxri məsləhətçisi, dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti diqqətləri İpək Yolu ölkələrindən olan gənc fotoqrafların sərgilənən fotoşəkillərinə çəkdi. Mədəniyyət, ənənə fərqliliyi olsa da, bütöv dünya sakinlərinin gözəlliyinin əks olunduğunu bildirdi. Hər kəsə sülh və savaşsız həyat arzuladı.

Daha sonra müxtəlif ölkələrdən gələn qonaqlar şərgilənən fotoşəkillərlə daha yaxından tanış oldular.

Leyla Sarabi
Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR