Xəzərin sualtı mədəni irsinin mühafizəsinə dair tədbir keçiriləcək

Xəzərin sualtı mədəni irsinin mühafizəsinə dair tədbir keçiriləcək
13:42 2 May 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Bu il mayın 21-23-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsi altında Xəzər regionunun sualtı mədəni irsinin mühafizəsinə dair 1-ci Regional İşçi görüşü keçiriləcək.
“Report” UNESCO-nun saytına istinadən xəbər verir ki, sualtı mədəni irsinin talançılıqdan mühafizəsinə dair 2001-ci il Paris Konvensiyası çərçivəsində UNESCO Almatı ofisi tərəfindən təşkil olunan tədbirdə Xəzər regionu ölkələri həm öz ərazilərində, həm də bütövlüklə regionda sualtı mədəni irsin mühafizəsinə və potensialına, perspektiv imkan və vasitələrinə dair müzakirələr aparacaq.
Görüşdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan milli sualtı arxeologiya ekspertləri və mədəni miras mütəxəssisləri, rəsmi şəxslər, beynəlxalq ekspertlər, UNESCO nümayəndələri iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/xezerin-sualti-medeni-irsinin-muhafizesine-dair-tedbir-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR