"Arsenal"a üzü səpkili oğlan kimi gəlmişdim, indi isə... - Remsi

"Arsenal"a üzü səpkili oğlan kimi gəlmişdim, indi isə... - Remsi
18:47 2 May 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"yə qarşı oyunun "Arsenal" forması ilə sonuncu matçım olduğunu demək mənim üçün kədərlidir. Təəssüf ki, həmin görüşdə aldığım zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacağam".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi şəxsi "İnstaqram" hesabında yazıb. Avropa Liqasının 1/4 final mərhələsinin "Napoli" ilə matçında zədələnən uelsli futbolçu üçün mövsüm vaxtından əvvəl bitib. 28 yaşlı futbolçu son oyunlarda London klubuna kömək edə bilməyəcəyi üçün üzülür:

"Arsenal" oyunçusu kimi son matçlarda meydana çıxa bilməyəcəyim üçün üzgünəm. Təəssüf ki, bu, məndən asılı deyil. Dəstəyə görə azarkeşlərimizə təşəkkür etmək istəyirəm".

Yayda "Yuventus"a keçəcək Remsi sonda vida sözləri də yazıb: "Arsenal"da oynamaq həm meydanda, həm də kənarda yaxşı macəra oldu. Bu komandaya üzü səpkili oğlan kimi gəlmişdim. İndi isə kişi kimi - ailəli, 3 uşaq atası kimi gedirəm. Bu formanı geyindiyim üçün qürur duyuram. Bu həftəsonu emosianal olacaq. Komandam evdə son oyununu keçirəcək. Sizi stadionda görüb, hər birinizə səmimi qəlbdən təşəkkür edəcəyim günü səbirsizliklə gözləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR