İtaliyada evlər bir fincan qəhvə qiymətinə satışa çıxarılıb

İtaliyada evlər bir fincan qəhvə qiymətinə satışa çıxarılıb
04:42 8 May 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada evlər bir fincan qəhvə qiymətinə satılır.
Bu barədə "Report" "The Sun"a istinadən xəbər verir.
Bildirilir ki, Mussomeli şəhərinin hakimiyyət orqanları satış üçün evlərin hər birinə 1 avro qiymət qoyublar. Bu pula Avropanın bəzi ölkələrində bir fincan qəhvə almaq olar. Bir avroya Siciliyanın cənubunda isə bütöv binanı almaq mümkündür.
"The Sun"ın məlumatına görə, satışa ümumilikdə 100 atılmış ev çıxarılıb. Gələcəkdə onların sayı artacaq. Lakin bu məsələdə bir "hiylə" var - əgər alıcı binanı 1 il ərzində təmir etməsə, o, zəmanət depozitini (təxminən 7 min avro -red) itirəcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/i-taliyada-evler-bir-fincan-qehve-qiymetine-satisa-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR