Bu marşrut xəttinin hərəkət istiqaməti dəyişdi - SƏBƏB

Bu marşrut xəttinin hərəkət istiqaməti dəyişdi - SƏBƏB
11:14 8 May 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

“Xocasən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti dəyişdirilib”.

Bu barədə Lent.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirilib ki, 596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər:

“Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR