ABŞ-da azərbaycanlı evində güllələndi -

ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda azərbaycanlının evinə silahlı basqın olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, insident yerli vaxtla axşam 22:00 radələrində Birçvud küçəsində baş verib.

Polisin məlumatına görə, 37 yaşlı bank işçisi Nail Salamov naməlum şəxslər tərəfindən güllələnib.

Silahlılar onun yataq otağına daxil olaraq qol nayihəsindən güllələyiblər. Hadisə vaxtı evdə onun 8 və 10 yaşlı uşaqları olub.

Xəstəxanaya çatdırılan Salamov qan itkisindən dünyasını dəyişib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR