"Agent" Günay silahı sevgilisinə tuşladı - FOTO

"Agent" Günay silahı sevgilisinə tuşladı - FOTO
14:47 15 Yanvar 2015
155 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə fəaliyyət göstərən həmyerlimiz Günay Musayevanın baş rolda çəkildiyi "Kod adı K.O.Z." filminin fevralın 11-də təqdimatı keçiriləcək. Parantez Yapım və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdikləri ekran əsərində Günay Musayeva Türkiyə Xüsusi Xidmət Organının (MİT) agenti olan Zeynep obrazını canlandırıb.

Dövlət içində dövlət qurmaq istəyənlərin və aralarında dövlət adamlarının da olduğu paralel hakimiyyət qurmaq istəklərindən bəhs edən filmdə Günay maraqlı obrazda çıxış  edib. O, paralel hakimiyyət əməliyyatına cəlb olunmuş sevgilisindən ayrılır.

Milli.Az bildirir ki, Azərbaycandakı dostlarının həyatını qurtarmaq üçün hətta keçmiş nişanlısıyla silahlı qarşıdurmaya çıxan agent (Günay Musayeva) ona verilən öhdəlikləri yerinə yetirir.

Film üçün xüsusi olaraq silahtutma, döyüş dərsləri alan Günay Hollivudun bu tərzdə çəkilmiş filmlərini izlədiyini bildirib. Filmdə ilk işi olduğunu bildirən aktrisa daha öncə Rusiya və Türkiyədə də seriallarda rol alıb. Fevralın 13-dən Türkiyənin bütün kinoteatrlarında nümayiş olunacaq filmin Avropada da təqdimatı nəzərdə tutulur. Belə ki, fevralın 26-da Berlin, fevralın 27-də Vyana, fevralın 28-də Belçika, martın 1-də Amsterdam, martın 12-də isə Bakıda gala-gecələri keçiriləcək.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR