"Saxo Bank" rəsmisinin fikrincə, neft qiymətlərindəki sonuncu yüksəlişə səbəb ABŞ ehtiyatlarının həcmini əks etdirən həftəlik hesabatın göstəriciləri olub.Hesabata əsasən, ötən ilin noyabr ayından etibarən ilk dəfə olaraq Kuşinqdəki (Oklahoma ştatı) ehtiyatlarda azalma müşahidə olunub. Bazar iştirakçıları bu xəbəri bütün ölkədə hasilatın və bunun nəticəsi olaraq ehtiyatların azalmasının ilkin əlaməti kimi qəbul edib.
"ABŞ-da neft hasilatının azalması müşahidə olunsa da, OPEC üzvlərində durum fərqlidir. Aprel ayına olan məlumatlara əsasən, OPEC ölkələrində hasilatın həcmi 2012-ci ildən etibarən ən yüksək göstəriciyə çatıb. Bu cür artım İraq və Səudiyyə Ərəbistanının neft hasilatının rekord hesab edilə biləcək göstəriciyə çatması ilə nəticələnib. Hər iki ölkə bu addımı İran neftinin dünya bazarlarına yenidən qayıtma ehtimalı fonunda energetika bazarında öz mövqelərini möhkəmləndirmək məqsədilə əsaslandırır. Hazırda OPEC-in məcmu hasilatı gündəlik 31 mln. barel təşkil edir ki, bu da cari mövsümdə olan tələbdən təqribən 1,5 mln. barel çoxdur", - deyə O.Hansen bildirib.