Roma Papasının şərəfinə çılğın karnaval - fotolar

Roma Papasının şərəfinə çılğın karnaval - fotolar
02:06 16 Yanvar 2015
127 Şou
Ölkə mətbuatı
A- A+

Argentinanın "Ara Yevi" rəqs qrupu Roma Papasının şərəfinə xususi karnaval şousu hazırlayıb.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, iki il əvvəl katoliklərin rəhbəri seçilən argentinalı Fransisk (Xorxe Mario Berqalo) o zamandan bəri ölkəsində daha böyük hörmət qazanıb.

Fevralın sonuna qədər davam edəcək karnavalda qrup üzvləri Papanı təkcə müqəddəs sadə insan kimi deyil, onu Tanrıya birbaşa xidmət edən biri kimi təsvir edəcəklər. Rəqqasələr eyni zamanda onun Papalığa gedən yolunu da vizual effektlərlə göstərəcəklər.

Hətta Papa rolunu canlandırmaq üçün ona olduqca oxşayan aktyor da seçilib. Yerli komediya aktyoru Roman Figun "Müqəddəs Ata" obrazını canlandıracaq.

Eyni zamanda karnavalda tanqo və futbol elementlərindən istifadə olunacaq. Təşkilatçılar Argentinanın Qualequayçu şəhərində baş tutan karnaval yürüşündə 400 min insanın iştirak edəcəyini ehtimal edirlər.












Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR