Xalq rəssamı Tahir Salahova Heydər Əliyev Mükafatı verildi

Xalq rəssamı Tahir Salahova Heydər Əliyev Mükafatı verildi
20:37 10 May 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 May. REPORT.AZ/ Xalq rəssamı Tahir Salahov Heydər Əliyev Mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə Tahir Teymur oğlu Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı verilsin".

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/xalq-ressami-tahir-salahova-heyder-eliyev-mukafati-verildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR