İngilis ruhlu Mercedes - FOTO

İngilis ruhlu Mercedes - FOTO
22:17 10 May 2015
Ölkə mətbuatı
A- A+

Londonun Prindiville Design tüninq emalatxanası Mercedes-Benz G63 AMG alman yolsuz avtomobilinin yeni variantını hazırlayıblar. Britaniya emalatxanası tüninq-paketlə deyil, daha çox öz məhsullarının qiyməti ilə təəccübləndirib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, ingilislər əsas diqqəti eksteryerin dəyişdirilməsinə yönəldiblər və ön və arxa bamperlərdən ibarət karbon asma işləyib hazırlayıblar. Əlavə olaraq yolsuzluq avtomobili yeni kapot, genişləndirilmiş təkər diskləri, radiator barmaqlığı, güzgü korpusları, qapı dəstəkləri və s. əldə edib. Kuzov donuq və ya parlaq boya ilə rənglənə bilər.
 
Salon bahalı dəri və alkantara ilə işlənib. Burada qiymətli ağac materiallarından və karbondan hazırlanmış taxmalardan istifadə edilib.
 
İngilislər avtomobili Prindiville Design Indomitable G adlandırıblar və ona 250000 funt sterlinq (380600 dollar) qiymət qoyublar. Bu isə Mercedes-Benz G63 AMG qiyməti ilə müqayisədə az qala ikiqat çoxdur.
 
Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/339476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR