Dünyanın ən bahalı əsəri satıldı - FOTO

Dünyanın ən bahalı əsəri satıldı - FOTO
09:42 12 May 2015
150 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dahi ispan rəssamı Pablo Pikassonun "Les femmes d'Alger" (Version O) əsəri "Christie's" evinin keçirdiyi "Looking Forward to the Past" hərracında 179 milyon dollara satılıb.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, 1955-ci ildə çəkilmiş tablonun ilkin satış qiyməti 140 milyon dollar idi. Lakin hərraca qatılan bir neçə alıcı telefonla sövdələşmədə qiyməti sürətlə qaldırıb.
 
Sonucda "Christie's" hərrac evinin 12 faizdən artıq komissiya ödənişləri ilə birlikdə tablonun yekun satış qiyməti 179,365 milyon dollar təşkil edib.
Beləcə "Əlcəzair qadınları" dünya tarixində hərraclarda satılmış ən bahalı əsər olub.
Əsər 1997-ci ildə Viktor və Saalli Hansların kolleksiyasının satışı çərçivəsində 31,9 milyon dollara satılmışdı. Hanslar ailəsi bu əsəri 1956-cı ildə Pablo Pikassodan 212,5 min dollara almışdı.
 
Pablo Pikassonun dahi rəssam Ejen Delakruanın yaradıcılığından ilhamlanaraq çəkdiyi "Les femmes d'Alger" tablosunda bir qrup kurtizanka təsvir olunub. Delakruanın "Ərəb qadınları" ommajının 15 versiyasını yaratmış Pikasso bu tablolara "A"dan "O" hərfinədək aberrasiyalar vermişdi.
"Christie's"in təmsilçisi Brett Qorvinin dediyinə görə, final "O" versiyası seriyanın ən yaxşı əsəridir.
 
Hərracda daha bir rekordu Alberto Cakometinin 1947-ci ildə yaratdığı "Pointing Man" heykəlciyi vurub. Heykəlcik hərracda 141,3 milyon dollara satılıb.
 
Milli.Az
 












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/339836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR