Soçidə görüş başladı

Soçidə görüş başladı
16:06 12 May 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Soçidə bir araya gəlib.

ANS PRESS-in məlumatına görə, dövlət rəsmiləri arasında görüş artıq başlayıb. Lavrov və Kerri arasında baş tutacaq danışıqlarda Ukraynadakı hazırkı vəziyyət əsas mövzu olacaq.

Bununla yanaşı, tərəflər Yəməndə, İranda və Suriyada baş verən son proseslərlə bağlı da müzakirələr aparacaq. C.Kerri Soçiyə səfəri çərçivəsində qısa açıqlama da verib. O bildirib ki, danışıqların faydalı olacağına inandığına inanır:

"Ümid edirəm ki, danışıqlardan nəticə əldə olunacaq”,- deyə ABŞ dövlət katibi söyləyib.

Qeyd edək ki, ABŞ dövlət katibi bu danışıqlar yekunlaşdıqdan sonra Rusiya Federasiyası prezidenti Vladimir Putinlə də görüşəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=343956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR