Bakı, 13 may, Nihat Budaqov, AZƏRTAC
“SOCAR Turkey Enerji A.Ş.” Türkiyədə 3-cü dəfə elan edilən “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2015” (Great Place to Work) sorğusunda 80-dən çox şirkətin arasından 15-ci sırada qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəsmi saytında məlumat verilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.