Məşhur moda evinin dəfiləsində gözlənilməz hadisə - VİDEO

Məşhur fransız markası "Chanel"in dəfiləsində qadınlardan biri şounu pozmaq istəyib.

Metbuat.az xəbər verir ki, Paris Moda Həftəsi çərçivəsində dünən "Chanel"in yeni kolleksiyası nümayiş olunub. Şou zamanı tamaşıçılardan biri gözlənilmədən podiuma qalxaraq yeriməyə başlayıb.

Bu zaman dünya şöhrətli model Cici Hadid qadına yaxınlaşaraq onu nəzakətlə podiumdan aşağı endirməyə çalışıb. Digər modellər yaranmış qarışıqlığı qonaqlara hiss etdirməməyə çalışıb. Daha sonra qadın zorla podiumdan kənarlaşdırılıb. Dəfilədən sonra məlum olub ki, qadın yutuberdi. Sosial mediada paylaşılan görüntülərdə Cici Hadidin davranışı stilistlər tərəfindən rəğbətlə qarşılanıb. (publika.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR