Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub

Bakı-Quba yolunda baş verən  yol qəzasında ölənlərin adları məlum olub
12:27 10 Oktyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub. 
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə magistral yolun Sumqayıt şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, "VAZ-2107" markalı minik avtomobili, qarşıda gedən "MAN" markalı yük maşınına arxadan çırpılıb. 
Qəza zamanı minik maşınında olan  bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-quba-yolunda-qeza-zamani-3-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR