ANS PRESS-in məlumatına görə, elə “Avropa oyunları” adlanan mahnının sözləri Aqşin Ferat musiqisi isə Tahir Abdullayevindir.
Yeni bəstəyə ekran həyatı vermək rejissor Nazim Şərbətova həvalə olunub. Layihənin ideya müəllifi Səfərovaların öz prodüseri Mehri Əliquliyeva təşkilatçısı isə bacıların aparıcı kimi çalışdığı Xəzər Televisiyasıdır.
Klipdə muğam hissəsi də yer alıb. Bu parçanı isə əməkdar artist Təyyar Bayramov səsləndirib.
Bacılar qeyd edir ki, bu layihədə böyük heyət çalışıb: “Klipdə karate üzrə dünya çempionu Rafael Ağayev və Şahin Atamovun məşq prosesini çəkdik. Biz də hər kəs kimi bu önəmli oyunları həvəslə gözləyirik. Hər kəsə uğurlar”.
Mənbə
ANS PRESS