AVRO-2020: Polşa və Rusiya final mərhələsinə vəsiqəni təmin edib

AVRO-2020: Polşa və Rusiya final mərhələsinə vəsiqəni təmin edib
00:47 14 Oktyabr 2019
132 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçirilib.
"Report"un məlumatına görə, 4 qrupda 9 qarşılaşma təşkil olunub. C, E və G qruplarında iki, İ qrupunda isə üç oyun baş tutub.
E qrupunda yer alan Azərbaycan millisi səfərdə Macarıstana uduzub - 0:1. Qrup lideri Xorvatiya isə Uelslə heç-heçə edib - 1:1.
C qrupunun favoritlərindən Hollandiya səfərdə Belarusu, Almaniya isə Estoniyanı məğlubiyyətə uğradıb.
İ qrupunda final mərhələsinə vəsiqəni öncədən təmin edən Belçika növbəti qələbəsini qazanıb.
Səfərdə Kipri üstələyən Rusiya (5:0) da AVRO-2020-nin əsas mərhələsinə vəsiqəni təmin edib. G qrupunda isə Polşa Şimali Makedoniyanı məğlub edərək buna nail olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-polsa-ve-rusiya-final-merhelesine-vesiqeni-temin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR