Mark Esper: "NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq"

Mark Esper: "NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq"
04:52 14 Oktyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

NATO Yaxın Şərqdə öz müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını şərh edərkən deyib.
"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmirik. Bizim üçün bu məsələ gündəlikdədeyil", - Pentaqon başçısı deyib.
Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin "çətinləşə" biləcəyindən narahalığını ifadə edib. "Hazırda biz oradan (Suriyanın şimalından – red) azı 1000 əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik. Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir", - o qeyd edib.
Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ-ın aviasiyası "15-mininci türk qüvvələrinə" mane olmayacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nato-oz-muttefiqi-turkiyeye-qarsi-vurusmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR